AZ

“İŞIĞIMIZ ZƏİFDİR, SU MOTORU, PALTARYUYAN İŞLƏMİR…” - Lənkəran sakini rəsmi qurumlardan şikayətçidir

Lənkəran rayonu, Zövlə kənd sakini Məmmədov Elnur Polad oğlu tərəfindən Hurriyyet. az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Zövlə kəndinin bir neçə məhəlləsinin elektrik enerjisi cəmi bir tronsformatordan paylanıldığından, işıq çox zəif olur:

“Mən, Məmmədov Elnur Polad oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Zövlə kəndində Sovet dönəmindən qalmış tronsformator və elektrik xətləri çox bərbad vəziyyətdədir. Su matoru, paltaryuyan işləmir.

Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, problemimiz həll olunmur”.

Vətəndaşın müraciəti ilə əlaqədar “Azərişıq” ASC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırılma aparılacaq.

Aynurə İSMAYIL

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
hurriyyet.az

1Mənbələr