Çərşənbə günü, sentyabrın 4-də ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub. Naməlum şəxs orta məktəb şagirdlərinə atəş açıb, nəticədə ölən və yaralanan var.
Corciya ştatının Uinder şəhərindəki Apalachee liseyində baş verən atışma nəticəsində azı 4 nəfərin öldüyü, 30-a yaxın insanın yaralandığı bildirilir.
Hazırda şübhəli şəxs həbsdədir. Hələlik onun şəxsiyyəti müəyyən edilməyib və bu məktəbdə oxuyub-oxumadığı məlum deyil.
Bu arada Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenin faciəli hadisə ilə bağlı xəbərdar edildiyini bildirib. Prezident Administrasiyası federal və yerli xidmətlərlə işi koordinasiya edir.
Oxuməni.az