AZ

Azərbaycanda zəlzələ oldu - YENİLƏNDİ

Biləsuvar rayonunda qeydə alınan zəlzələ zamanı hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə News365.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.

Seçilən
71
26
news365.az

10Mənbələr