AZ

Özbək turistlərin son 7 ayda ən çox səyahət etdiyi ölkələr

Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yanvar-iyul aylarında ümumilikdə 3,4 milyon Özbəkistan vətəndaşı turizm məqsədlə xaricə səfər edib.

Hafta.az-ın yazdığına görə, bu barədə Statistika Agentliyi məlumat yayıb. Məlumat verilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 890,5 min nəfər və ya 35,7 faiz artıb.

2024-cü ilin yanvar-iyul aylarında turizm məqsədilə xaricə gedən Özbəkistan vətəndaşlarının ölkələr üzrə təsnifatı aşağıdakı kimidir:

Qırğızıstana 1,6 milyon nəfər, Tacikistana 676,4 min nəfər, Qazaxıstana 526,4 min nəfər, Rusiyaya 159,7 min nəfər, Türkiyəyə 123 min nəfər, Səudiyyə Ərəbistanına 106,5 min nəfər, Birləşmiş Ərəb Əmirliklərinə 70,6 min nəfər, Misirə 22,2 min nəfər, Küveytə 16,7 min nəfər, Cənubi Koreyaya 12,3 min nəfər, digər ölkələrə isə ümumilikdə 91,5 min nəfər səyahət edib.

Seçilən
78
hafta.az

1Mənbələr