AZ

“Ukrayna və Qərb danışıqlara meyilli deyil” – Peskov

“Ukrayna münaqişəni diplomatik yolla həll etmək istəmir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O bildirib ki, Rusiya üçün əsas məsələ ölkənin qarşısında duran məqsədlərə nail olmaqdır:

“Rusiya üçün əsas məsələ ölkə qarşısında duran məqsədlərə nail olmaqdır. Burada hansı üsullardan istifadə edildiyi ikinci dərəcəli məsələdir. Əlbəttə bunu sülh yolu ilə etmək daha yaxşıdır. Lakin biz görürük ki, nə Avropa dövlətləri, nə ABŞ, nə də onların başçılıq etdiyi Ukrayna indi münaqişəni dimplomatik yolla həll etmək istəmir”.

Aygün,

KONKRET.az

 

Seçilən
102
konkret.az

1Mənbələr