Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan şəhərində Əmək yarmarkası təşkil olunmuşdur. Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 05 sentyabr 2024-cü il tarixində Salyan şəhərində 24 işəgötürənlə ilə birgə təşkil olunmuşdur. Tədbirdə Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 123 boş iş yerləri (əməkhaqqı 350-1000 manat aralığına) təqdim olunmuşdur. Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər sirasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar. Eltun Məmmədov
Diqqət Çəkənlər
Solaxaylıq: Təbiətin fərqli nöqtəsindən baxış
Böyürtkənin faydaları nələrdir?
İsrail “Əl-Fəra” düşərgəsinə hava zərbələri endirib