Metbuat.az xəbər verir ki, platforma 13-17 yaş arası uşaqlara belə videolara baxmağa icazə verməyə davam edəcək, lakin bu cür məzmunun tövsiyəsini məhdudlaşdıracaq. YouTube belə məzmunun öz qaydalarını pozmadığını, lakin təkrar baxılmasının bəzi istifadəçilərin sağlamlığına təsir edə biləcəyini bildirib.
YouTube-un qlobal sağlamlıq rəhbəri Dr. Garth Graham qeyd edib ki, ideallaşdırılmış standartları əks etdirən məzmuna dəfələrlə baxmaq gənclərin özləri haqqında mənfi düşüncələrə sahib olmasına səbəb ola bilər.