AZ

“Sumqayıt  məktəblilərinin xor kollektivi: vətənpərvərlik  tərbiyəsi” layihəsinə start  verildi

“Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblilərinin xor kollektivi: Vətənpərvərlik tərbiyəsi”  layihəsini həyata keçirəcək.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi orta məktəblərdə uşaqların milli-mənəvi, estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir. Layihə çərçivəsində 2 ay ərzində Sumqayıt şəhərinin 3 orta məktəblərində:  İ.Qayıbov adına 1 №-li ,N.Tusi adına 12 №-li və 8 №-li  tam orta məktəblərində  xor kollektivlərinin məşqləri və baxış konsertləri təşkil ediləcək. “Ana yurdum Azərbaycan” devizi altında vətənpərvərlik mahnılarından ibarət Xor kollektivlərinin baxış konsertləri hər bir məktəbdə keçiriləcək və hər bir  xor üzvləri hədiyyə ilə mükafatlanacaqlar.

Seçilən
42
3
qht.az

4Mənbələr