AZ

AzTU ilə TİF arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb

 

Azərbaycan Texniki Universiteti (AzTU) və Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AzEdu.az xəbər verir ki, imzalanma mərasimində AzTU və TİF rəhbərliyi, Kapital Bankın nümayəndələri iştirak edib.

 

AzTU rektoru Vilayət Vəliyev “TələbəPlus” kartının tələbələr üçün ən önəmli layihələrdən olacağını bildirib və belə təşəbbüs üçün fonda təşəkkür edib.

 

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov layihə üzrə tətbiq edilən güzəşt və endirimlərdən bütün tələbələrin yararlana biləcəyini bildirib. Layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
azedu.az

1Mənbələr