AZ

Ermənistanın BRİKS-ə verəcəyi siyasi və iqtisadi heç bir dəyər yoxdur- ŞƏRH

“İyirminci əsrin hərbi-siyasi mənzərəsinə nəzər salsaq görərik ki, dünya təxminən hər 35-40 ildən bir qlobal güclər tərəfindən təsir zonalarına bölünür. Keçən əsrin sonlarına yaxın baş vermiş cahanşümul dəyişikliklərdən də eyni müddət keçdiyini hesaba alsaq, deyə bilərik ki, dünya yeni birləşmələrinin və bölünmələrin tam ortasındadır. Beynəlxalq və regional hərbi-siyasi-iqtisadi qurumların yenidən təmərküzləşməsi yeni dövrün ən xarakterik xüsusiyyətlərindən biridir. BRİKS-in yaranması və ona marağın getdikcə artması isə buna əyani sübutdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, Türkiyə və Azərbaycan kimi geniş iqtisadi resususlara, mükəmməl logistikaya, dünya miqyasında ciddi siyasi nüfuza malik ölkələrin BRİKS kimi qurumlara maraq göstərməsi qanunauyğun və təbiidir:

“Çünki bu cür əməkdaşlıqlar yalnız bir tərəfin deyil, təşkilata üzv ölkələrin hamısının maraqlarına uyğundur. Ermənistanın BRİKS-ə maraq göstərməsi, əslində iqtisadi maraqlardan deyil, siyasi ümidsizlikdən qaynaqlanır. Belə ki, uzun illərdir ki, Ermənistanın xarici və daxili siyasətində ciddi tərəddüdlər hökm sürməkdədir. Ermənistanın BRİKS-ə verəcəyi siyasi və iqtisadi heç bir dəyər yoxdur. Yeni dövrün qarışıq və mürəkkəb şərtlərində Ermənistanın formal müstəqilliyini belə qoruyub saxlaması sual altındadır”.

//Gülnarə Abasova, Editor.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
editor.az

1Mənbələr