Almaniyanın Münhen şəhərinin mərkəzində İsrailin Baş Konsulluğu qarşısında atəş açılıb, polis xüsusi əməliyyat keçirir.
Modern.az TASS-a istinadən xəbər verir ki, atışma baş verən yerdə polis xüsusi təyinatlıları və snayperlər işləyir və bir helikopter də iştirak edir.
Qeyd olunub ki, sentyabrın 5-i 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında Fələstin yaraqlılarının Olimpiya kəndinə girərək 2 nəfəri öldürdüyü və İsrail komandasının 9 üzvünü girov götürdüyü terror aktının ildönümüdür.
Polis İsrailin Münhendəki Baş Konsulluğunun yaxınlığında şübhəli şəxsi yaralayıb. İsrail Xarici İşlər Nazirliyi Münhendəki Baş Konsulluğunun əməkdaşlarının atışma nəticəsində xəsarət almadığını bildirib.