Rusiyanın ABŞ-də keçiriləcək prezident seçkilərində favoriti ABŞ prezidenti Co Bayden olub”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.
Kreml rəhbəri qeyd edib ki, Bayden prezidentlik yarışından geri çəkilib, lakin o bütün tərəfdarlarına Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş ABŞ vitse-prezidenti Kamala Harrisi dəstəkləməyi tövsiyə edib.
Putinin sözlərinə görə, Rusiya bu məsələdə ona dəstək verəcək.
Daşqın HəsənovMissiya.Az