AZ

“30-dan artıq dövlət BRİKS-lə əməkdaşlığa hazırdır” –Rusiya prezidenti

“30-dan çox dövlət BRİKS-ə qoşulmağa və ya əməkdaşlığa hazır olduğunu nümayiş etdirir”.

Azpost.info NEWS.ru-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.

O, yeni iştirakçıların iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib: “Bu gün 30-dan çox ölkə əməkdaşlığa, bəziləri isə BRİKS-ə qoşulmağa hazır olduqlarını nümayiş etdirirlər. BRICS-in yeni üzvləri sürətlə inkişaf edən iqtisadiyyatları, özünəməxsus mədəniyyəti ilə  çox maraqlı dövlətlərdir. Onlar təşkilatın inkişafına müsbət töhfə verəcəklər”.

 

Seçilən
109
azpost.info

1Mənbələr