AZ

İordan çayının qərb sahilində fələstinli uşaq öldürülüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatı davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tubas şəhərindəki Əl-Fəriyyə Qaçqınlar Düşərgəsində keçirilən əməliyyatda 17 yaşlı fələstinli gənc öldürülüb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu səhər saatlarında Əl-Fariya Qaçqınlar Düşərgəsinə basqın edib: "Buradakı basqına etiraz edən fələstinlilərlə toqquşmadadan sonra İsrail qüvvələri geri çəkilib. Lakin bu zaman onların açdığı atəş nəticəsində ağır yaralanıb. Hadisə yerinə təcili yardım maşını buyraxılmadığından gənc həyatı ilə hadisə yeriondə vidalaşıb".

Fələstin Qızıl Aypara Cəmiyyəti faktı təsdiqləyib: "Təcili yardım maşınının yaralıya yaxnlaşmasına icazə verilmədiyi üçün o, öldü..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
mia.az

1Mənbələr