AZ

Olimpiada iştırakçısına benzin tökərək yandırdı

Sevgilisinin hücumuna məruz qalaraq bədəninin 75%-i yanıq xəsarətləri alan 2024-cü il Paris Olimpiya marafonçusu Rebekka Çepteqey xəstəxanada dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Uqanda Atletika Federasiyası X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Uqandalı idmançı sentyabrın 3-də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə Keniyada 33 yaşlı Çepteqeynin evində baş verib.
Qaçışçı Dixon Ndiemanın sevgilisi mübahisə zamanı onun üstünə bir banka benzin tökərək yandırıb. Bədəninin 75%-i yanıq xəsarəti alan idmançı xəstəxanaya yerləşdirilib. Ndiema özü də yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Çepteqey Parisdə keçirilən son Olimpiya Oyunlarında marafonda 44-cü yeri tutub.

Seçilən
107
ucnoqta.az

1Mənbələr