AZ

Uilyamsı təhqir edən azarkeşlərə qarşı ittiham irəli sürüldü

İspaniya prokurorluğu bir qrup azarkeşlərə qarşı ittiham irəli sürüb. Matc.az xəbər verir ki, buna səbəb onların ötən mövsüm La Liqanın XXXIII turunda “Atletiko” ilə oyunda (1:3) “Atletik”in hücumçusu Niko Uilyamsı təhqir etmələri olub. Bildirilib ki, İspaniya millisinin üzvünə dəfələrlə ünvanlanan qışqırıqlar meymunları təqlid edən səslərdən ibarət olub: “İdmançıları dərilərinin rənginə görə təhqir etməyə qadağa qoyulmasına baxmayaraq, azarkeşlər tərəfindən bu hal dəfələrlə təkrarlanıb. Prokurorluq anlayır ki, futbolçunun ünvanına səslənən qışqırıqlar ləyaqətinin təhqir edilməsi ilə bağlı cinayətə bərabər tutula bilər”. Qeyd edək ki, 22 yaşlı Uilyams ötən mövsüm bütün turnirlərdə 37 oyunda 8 qol vurub, 19 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
matc.az

1Mənbələr