Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində terror təşkilatı PKK/YPG-ya qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
Bildirilir ki, keçirilən əməliyyatda qondarma liderlərindən olan "Dijvar Tekosin" kod adlı Metin Dinçi zərərsizləşdirib.
Məlumata görə, terrorçu Dinç “Silahlı Terror Təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq, silahlı terror təşkilatlarına silah vermək, qanunsuz toplantılar təşkil etmək və yönləndirmək” cinayətləri çərçivəsində axtarışda idi.
Gülayə Mecid