"YouTube"dan yeniyetmələrə yeni MƏHDUDİYYƏT
"YouTube" yeniyetmələrin idman məzmunlu videoalara baxmasını məhdudlaşdıracaq. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Səlahiyyətlilər bədən çəkisini və ya onun fiziki xüsusiyyətlərini ideallaşdıran videoların bəzi istifadəçilərin sağlamlığına mənfi təsir edə biləcəyini açıqlayıb. Məlumata görə, platforma 13-17 yaş arası şəxslərə bu cür videolara baxmağa icazə verməyə davam edəcək, lakin bu cür məzmunun tövsiyəsini məhdudlaşdıracaq. "Google" və "YouTube" platformalarının ictimai səhiyyə üzrə qlobal rəhbəri Garz Graham mövzu ilə bağlı açıqlama verərək məsələyə belə aydınlıq gətirib: "İdeallaşdırılmış standartları əks etdirən məzmuna dəfələrlə baxmaq gənclərin özləri haqqında mənfi düşüncələrə sahib olmasına səbəb ola bilər. Bu isə inkişaf mərhələsində olan şəxslərin fiziki, həmçinin psixi sağlamlığına təhlüklədir". Fidan Əliyeva Manşet.az