AZ

Banqladeş hakimiyyəti Şeyx Hasinanı ölkəyə qaytarmaq istəyir

Banqladeşin keçmiş baş naziri Şeyx Hasina ölkəyə qayıtmalı və məhkəmə qarşısına çıxmalıdır.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin müvəqqəti hökumətinin başçısı Məhəmməd Yunus bildirib.

“O, geri qaytarılmalıdır, əks halda Banqladeş xalqı rahatlıq tapmayacaq”, – o deyib.

M.Ysnus Şeyx Hasinanın əməllərinə ölkə məhkəməsinin qiymət verməli olduğunu bildirib.

Yunus keçmiş baş nazirin Hindistanda olarkən verdiyi açıqlamaları tənqid edib. Onun sözlərinə görə, Hindistan Hasinanı Banqladeş geri tələb edənə qədər saxlamaq istəsə, şərt onun susması olacaq.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
azpost.info

1Mənbələr