AZ

Putin Bakıya səfərindən sonra İlham Rəhimova nələri dedi? - Sensasion detallar

"Putin prezidentliyi dövründə Azərbaycana bir neçə dəfə səfərə gəlib. Lakin onun son səfəri əvvəlki səfərlərindən kəskin şəkildə fərqləndi, dünyada və Azərbaycanda böyük maraqla qarşılandı, ciddi müzakirələrə səbəb oldu. Hamını daha çox maraqlandıran yeganə sual bu idi: Putin Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi, Ukraynanın Kurska daxil olduğu vaxtda Bakıya rəsmi səfərə nəyə görə gəlib?"

Bakupost.az xəbər verir ki, bunu hüquq elmləri doktoru, professor İlham Rəhimov Globalinfo.az-a müsahibəsində deyib.

Prezidentlərin müzakirə etdikləri mövzularla bağlı suala cavabında İ.Rəhimov deyib:


"Yalnız onu deyə bilərəm ki, Prezidentlərin apardığı müzakirələrdə mənə də aid olan bir məsələ var idi. Hər iki prezident Sankt-Peterburq Universiteti bazasında Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması haqqında razılığa gəliblər. Hansı ki, həmin universitetin yaradılmasında və görüləcək işlərin təşkilində mənim də iştirakım planlaşdırılır".

O, həmçinin Putinin Bakıya səfərindən onunla görüşdüyünü bildirib:

"Putinin Bakıya səfərindən bir həftə sonra onunla Moskvada görüşdüm, səfər barədə təəssüratlarını öyrəndim. Rusiya nəhəng, nüvə silahına malik qonşu dövlətdir. Azərbaycanın bu ölkə ilə dostluq münasibəti qurması çox yaxşı haldır.

Putin Bakının gözəlliyindən danışdı. Söhbətimizdə Bakını həddən ziyadə sevdiyini dedi. Bütövlükdə Azərbaycanla bağlı müsbət fikirlərini bölüşdü mənimlə. Həmçinin qonaqpərvərlikdən, qarşılanmasından da çox razılıq etdi. Putinə aid Bakı ilə bağlı kiçik bir xatirəmi ilk dəfə sizinlə bölüşmək istəyirəm. 2016-cı ildə Putin Bakıya gələndə məni səhər yeməyinə dəvət etmişdi. Söhbət əsnasında ondan Bakı şəhəri ilə bağlı təəssüratını soruşdum. Mənə cavab verdi ki, şəhərdə son illər görülən işlərə və Bakının belə gözəlləşməsinə heyran qalıb. Sonra çox maraqlı bir cümlə işlətdi: "Əgər Heydər Əliyev bunları görsəydi, oğlu ilə fəxr edərdi"".
Seçilən
928
bakupost.az

1Mənbələr