AZ

Vardanyanla bağlı bu xəbər Ermənistanı qarışdırdı – Paşinyan təşvişdə 

“Son günlər Azərbaycanda həbsxanada layiq olduğu cəza barədə hökmü gözləyən erməni biznesmen və avantürist Ruben Vardanyanın adı yenidən gündəmə gəlib”.


Bu sözləri politoloq Əlimusa İbrahimov deyib.


Onun sözlərinə görə, Vladimir Putinin Bakıya səfəri zamanı Rusiyadakı erməni oliqarxlar ondan Rubenin həbsdən azad olunması məsələsini  İlham Əliyevlə müzakirə etməsini xahiş etmişdilər:


“Vladimir Putin və İlham Əliyevin Vardanyanın sonrakı taleyini müzakirə edib-etməmələri barədə hər hansı məlumat verilmədi. Amma Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında bu şəxs haqqında hər zaman olduğundan daha ətraflı danışdı. O, İlham Əliyevin uzun müddət öncə Ruben haqqında dediklərini sözbəsöz təkrar etdi.


Düşünmək olardı ki, Azərbaycan həbsxanalarına atıldıqdan sonra Vardanyanın missiyası iflasa uğrayıb. Amma bu şəxsin yenidən manşetlərə çıxması əməliyyatın davam etdiyini düşünməyə əsas verir. Görünür, missiya hələ tamamlanmayıb. İndi onun hətta həbsxanada olması belə Paşinyanı daha çox narahat etməyə başlayıb.


Eyni zamanda, son günlər Ermənistan Baş nazirinin Rusiya və Azərbaycanla münasibətdə isti mesajlar verməsi onun Bakı və Moskva ilə yaxınlaşma cəhdlərindən xəbər verir. Paşinyanın davranışındakı bu dəyişiklik yeni şəraitin ortaya çıxdığına işarədir”.


Ekspert deyib ki, bu yeni şərait isə Rusiya və onun Ermənistandakı “5-ci kolon”unun payızda Paşinyana qarşı “Vardanyan kartı”ndan istifadə etmək haqqında planlar qurmasından xəbər verir:


“Robert Köçəryan, Serj Sərkisyandan və onun təsiri altında olan qüvvələrdən Paşinyanı devirmək üçün istifadə etməyin artıq mümkün olmadığını dərk edən “Qarabağ klanı” bu dəfə son ümid kimi elə Rusiyanın xeyir-duası ilə Vardanyandan istifadə etməyi qərara alıb. Məhz buna görə də Rusiya hakimiyyət eşelonunun ən yüksək dairələrində müzakirə olunan bu məsələ Putinin səfər proqramına da salınıb. Rusiyadakı erməni milyarderlər Putindən bu məsələni Əliyevlə müzakirə etməyi və Vardanyanın həbsxanadan azad edilərək Ermənistana göndərməyi xahiş ediblər.


Onların planına görə, Putin İlham Əliyevi Vardanyanı buraxmağa razı salır və həbsxanadan azad olunan keçmiş Rusiya vətəndaşı İrəvana qayıdaraq yeni qüvvə ilə siyasi fəaliyyətə başlayır. Amma bu dəfə onun fəaliyyət proqramında qondarma respublika deyil, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq əsas yer tutur”.


Ə.İbrahimov Putinlə müzakirələr zamanı İlham Əliyevin Rusiya və erməni oliqarxların bu ssenarisinə hansı reaksiyanı verdiyi məlum deyil:

“Aydındır ki, İlham Əliyev Azərbaycanın mənafeyinə zərrə qədər xələl gətirəcək heç bir təklifə razılıq verməyəcək. Onu istəmədiyi addımı atmağa məcbur etməyin mümkün olmadığı dəfələrlə sübut olunub.


Ermənistan Baş naziri N.Paşinyanın son günlər ciddi narahatlıq keçirərək davranışının tamamilə dəyişməsi payızda onu gözləyən təhlükənin miqyasının böyük olmasından xəbər verir. Hiss olunur ki, Baş nazir bu dəfə Qərbi və ABŞ-ı deyil, məhz Azərbaycanı və şəxsən İlham Əliyevi özünün xilaskarı kimi görür”./ Globalinfo.az


Seçilən
47
50
referans.az

10Mənbələr