"Avropaya qaz tədarükü azalarsa, Rusiyanın gəlirləri azalacaq. Lakin o zaman Qazprom ölkə daxilində daha çox qaz tədarük edəcək, bu isə yaxşı bir vəziyyətdir".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.
“Rusiya qazının Şərqi və Mərkəzi Asiyaya tədarükünün genişləndirilməsi birbaşa Ukrayna hadisələri ilə bağlı deyil. Belə ki, bu ölkələrin iqtisadiyyatları aktiv şəkildə inkişaf edir və onların əlavə resurslara ehtiyacı var”, - deyə Putin bildirib.
Gözəl Həşimova