AZ

Norveçdə "rus casus balinası"-nin güllələnərək öldürüldüyü ehtimal olunur

Norveçdə Hvaldimir adlı "rus casus balinası" ölü tapılıb və onun açılan atəş nəticəsində

öldürüldüyü ehtimal edilir, "The Guardian" “OneWhale” və “NOAH” heyvanların müdafiə

təşkilatlarının bəyanatlarına istinadən yazır. Onlar təcili araşdırma aparılmasını tələb edirlər.

“Bir çox baytarlar, bioloqlar və ballistik ekspertlər foto sübutları, o cümlədən Hvaldimirin

xəsarətlərinin ətraflı təsvirlərini təhlil etdilər. Heyvan müdafiəçisi fəallarının verdiyi açıqlamada

onların tapıntıları balinanın ölümünün dərhal polisin müdaxiləsini tələb edən cinayət əməlinin

nəticəsi ola biləcəyini göstərir.

Balina cəsədinin tədqiqində iştirak etdiyini söylədiyi “OneWhale” şirkətinin rəhbəri Regina

Krosbİ Hauq “AFP”-yə bildirib ki, Hvaldimirin bədənində çoxsaylı güllə yaraları var. “NOAH”-

ın rəhbəri Siri Martinsen əlavə edib ki, "balinanın aldığı xəsarətlər çox narahatedicidir və cinayət

əməlinin əlamətlərinə malikdir, bu, son dərəcə şok edicidir".

“NBC News” xəbər verir ki, balina üzərində yarılma əməliyyatı hələ də davam edir və yekun

qiymətləndirmə üç həftəyə qədər çəkə bilər.

İlk dəfə 2019-cu ildə Norveçin Finmark bölgəsində Hvaldimir (norveçcə hval - “balina”) ləqəbli

beluqa balinası aşkar edilib. Heyvan hərəkət kamerası quraşdırmaq üçün uyğun qoşquda olub.

Onun üzərində Rusiyanın “Sankt-Peterburq Avadanlıq” şirkətinin loqosu olub. Bütün bunlar

balinanın “Rus casusu” olması ilə bağlı fərziyyələrə səbəb olub. Rusiya hakimiyyəti bu cür

ehtimalları şərh etməyib.

Norveç Balıqçılıq idarəsində balinanın bir müddət əsirlikdə saxlandığını hesab edirlər: o, özünü

insanlara öyrəşmiş kimi aparırdı. Balinaınn cəsədi sentyabrın 2-də ölkənin cənubundakı

Risavika körfəzində tapılıb. Hvaldimirin təxmini ölüm yaşı 15 ilə 20 il arasında idi, bu, 40 ilə 60

il arasında yaşaya bilən Beluqa balinaları üçün nisbətən azdir.

Almaz Həsənli

Seçilən
134
oxumeni.az

1Mənbələr