Biz sənaye, kənd təsərrüfatı və mühəndislik sahələrində mükəmməl nəticələr əldə etmişik və şirkətlərimiz bu sahələrdə çox maraqlı mübadilələr aparıb.
APA-nın Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İtaliyanın Asiya üzrə İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə TAP layihəsini xatırlatmaq istəyirəm. Bu, demək olar İtaliya üçün, ölkəmizin milli enerji təhlükəsizliyi baxımından strateji bir layihədir. Düşünürəm ki, Orta Dəhlizin inkişafı nəzərə alındıqda, hələ də birgə olacağıq. Planlaşdırma və böyük layihələrin reallaşdırılmasında çox ehtimal ki, uzun bir yol qət edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan əl-ələ verərək uzun bir yol qət edəcək”, - Sercio Divina vurğulayıb.