AZ

Tələbələr üçün gediş haqqı ucuzlaşacaq? - “10 qəpik ola bilər”

Artıq yeni tədris ilinin başlamasına çox az qalıb və bu ərəfələrdə şagird və tələbələrin nəqliyyat vasitələrindən güzəştli istifadə etməsi ilə bağlı təkliflər səsləndirilir. 

Bəs Azərbaycanda bunu reallaşdırmaq nə dərəcədə mümkündür? 

Dünya təcrübəsində bu məsələ necə tənzimlənir?  socar vakansiya

Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli inkişaf etmiş ölkələrdə bu məsələnin tənzimlənmə formasını açıqlayıb: 

“Səmərəli və ağıllı təkliflər səsləndirilsə də, Azərbaycanda nəqliyyatda gediş haqqı uzun müddətdir ki, “yerindən tərpənmir”. Çünki ölkəmizdə gediş haqqı birdəfəlik gediş kimi düşünülür və zaman-zaman da gediş haqqını arıtırırlar. Amma birdəfəlik gediş haqqı ilə nəqliyyatda ümumilikdə qiymət siyasətinin tamam fərqli alqoritmi var, fərqli yanaşmalar olmalıdır. İnkişaf etmiş ölkələrdə saatlıq, bir günlük, 3 günlük, 1 aylıq, 6 aylıq, 1 illik gediş biletləri mövcuddur. Bunun qiymətləri tamam fərqlidir, o cümlədən bu ölkələrdə şagirdlərə, tələbələrə müəyyən güzəştlər var. Avropanın bir çox ölkələrində tələbələr üçün 1 illik gediş bileti normal biletlərdən təqribən, 3 dəfə ucuzdur. Azərbaycanda da bunun tətbiq olunmasını biz dəfələrlə təklif etmişik. 

Nəqliyyatda birdəfəlik gediş haqqı qalsın, ondan turistlər və ya avtomobili olub bir gün ictimai nəqliyyata minən şəxslər istifadə etsin, bunun qiymətinin o qədər də əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, vətəndaşlara alternativlər təklif edilsin, məsələn, Yeni Günəşlidən şəhərin mərkəzinə işə gələnlər 3-4 dəfə marşrut dəyişməli olurlar. Onların bu qədər marşrut dəyişməsi çox baha başa gəlir. Biri də var ki, bu proses 1 saat ərzində baş verir biletlər 1 saatlıq aktiv olur və bu biletlə həm metrodan, həm avtobusdan istifadə etmək olur. Yaxud 1 aylıq, 6 aylıq, 1 illik biletlər satıla bilər ki, bu biletlər daha ucuz olacaq və bu, avtobus şirkətlərinə, metropolitenə də sərf edəcək, çünki pulu öncədən alacaqlar”. 

İqtisadçı bildirib ki, tələbələr, şagirdlər və taqaüdçülər üçün güzəştli gediş biletləri təklif olunarsa, bundan şirkətlər heç nə itirməyəcək: 

“Tələbələrə, şagirdələrə yanaşma isə tamamilə fərqli olmalıdır. Onlara 1 illik biletlər təqdim olunmalıdır. Bu, birbaşa şəxsin adına olur və başqası istifadə edə bilmir. Bu zaman gedişhaqqı hətta 10 qəpiyə də düşə bilər. Bununla nə avtobus şirkətləri, nə də metropoliten heç nə itirməyəcək, əksinə, qazanacaq. Çünki belə olan halda, onlar öncədən pul toplayacaqlar. Azərbaycanda şagirdlərin, tələbələrin, təqaüdçülərin gediş haqqları aylıq və ya illik abonementlərlə tənzimlənməlidir”. 

Əsmətxanım RZAZADƏ 

 

 


Telegram kanalımız
Seçilən
112
5
yenisabah.az

5Mənbələr