AZ

ABŞ, Böyük Britaniya və Aİ ilk beynəlxalq süni intellekt sazişini imzalayır

Sentyabrın 5-i Avropa Şurasının İnsan Haqları Təşkilatı elan edib ki, ilk hüquqi cəhətdən məcburi olan beynəlxalq süni intellekt sazişi cümə axşamı saziş üzrə danışıqlar aparan ölkələr, o cümlədən Avropa İttifaqının üzvləri, ABŞ və Böyük Britaniya tərəfindən imzalanmaq üçün açılacaq.

Medianews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İllərdir üzərində işlənən və 57 ölkə arasında aparılan danışıqlardan sonra may ayında qəbul edilən Süni İntellekt Konvensiyası nəinki məsuliyyətli innovasiyaları təşviq edir, həm də süni intellektin yarada biləcəyi riskləri də nəzərə alır.Böyük Britaniyanın ədliyyə naziri Şabana Mahmud açıqlamasında “Bu Konvensiya yeni texnologiyaların insan hüquqları və qanunun aliliyi kimi ən qədim dəyərlərimizi pozmadan istifadə edilməsini təmin etmək üçün mühüm addımdır” deyib.

Nailə QASIMOVA

Seçilən
34
medianews.az

1Mənbələr