AZ

Evren Alkaya ilə yeni müqavilə və ilk transfer

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Sərhədçi” klubu baş məşqçisi Evren Alkaya ilə müqavilənin müddətini artırıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Türkiyəli mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Həmçinin Evren Alkayanın yeni köməkçisinin adı bəlli olub. Türkiyəli mütəxəssis Murat Öney bu mövsüm komandada köməkçi-məşqçi kimi çalışacaq.

Xatırladaq ki, Evren Alkaya bu ilin yanvar ayından “Sərhədçi”yə rəhbərlik edir. O, həm də Azərbaycanın qadın voleybolçulardan ibarət yığmalarında çalışır.

Yeni mövsümün hazırlığına başlayan “Sərhədçi” ilk transferini də rellaşdırıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “Sərhədçi” Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan basketbolçu Sevent Vudsla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Seçilən
95
4
arena.az

10Mənbələr