AZ

“Metprof” MMC gömrük qaydalarını pozduğuna görə cərimələndi

"Metprof" MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, "Metprof" MMC kənd təsərrüfatı avadanlıqları, geniş çeşidli yanğın dolabları, elektrik dolabları, müxtəlif təyinatlı ventilyatorlar, geniş çeşidli havalandırma qurğuları, müxtəlif növ jalyüzlər və qaraj qapıları, pəncərə sistemləri, bütün növ metal konstruksiyalar, dam örtükləri, tavan proflləri və istənilən növ metal profilləri, idman alətləri istehsalını həyata keçirən şirkətdir.

Seçilən
138
23
iqtisadiyyat.az

10Mənbələr