AZ

Ali Rada İrina Vereşukun istefasını QƏBUL ETDİ

Ukraynanın Ali Radası Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşukun istefasını qəbul edib.

 

Sfera.az-ın “unian“a istinadən xəbərinə görə, qərarı 255 deputat dəstəkləyib.

 

Xatırladaq ki, ölkənin xarici işlər naziri Dmitri Kuleba, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval, baş nazirin Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa vermək niyyətlərini açıqlayıblar.

 

Bununla yanaşı, strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Molyuska, ekologiya naziri Ruslan Strelets, eləcə də Dövlət Əmlakı Fonunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaqla bağlı müraciət ediblər.

Seçilən
69
8
sfera.az

9Mənbələr