AZ

Qırğızıstan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına müraciət etdi: Rusiyaya getməyin

Qırğızıstan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını Rusiyaya səfərlərdən imtina etməyə çağırıb. Səbəb kimi ölkədə tətbiq edilən əlavə təhlükəsizlik tədbirləri göstərilib. “Rusiya ərazisində tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərinin və əcnəbi vətəndaşların dövlət sərhədindən keçirilməsinə nəzarətin gücləndirilməsi rejiminin davam etdirilməsi ilə əlaqədar Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi Qırğızıstan Respublikası vətəndaşlarına tövsiyə edir ki, tutarlı səbəbləri olmayanlar yuxarıda göstərilən tədbirlər aradan qaldırılana qədər Rusiya ərazisinə getməkdən müvəqqəti çəkinsinlər”, – nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, bu, Qırğızıstan vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə dəvət edən ilk çağırış deyil. May ayında da oxşar mesaj yayılmışdı. Həmin vaxt Qırğızıstan vətəndaşlarının ölkəyə girişindən kütləvi şəkildə imtina edilmişdi. Tacikistan Xarici İşlər Nazirliyi də Rusiyaya səfərləri dayandırmağa çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
106
editor.az

1Mənbələr