ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Donald Trampa sorğu üzrə Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında üstün gəlir.
Modern.az xəbər verir ki, CNN/SSRS sorğusuna görə, Pensilvaniyada hər iki prezidentliyə namizəd 47% səs yığır.
Arizona ştatında isə Tramp Harrisdən 5% üstündür. Bundan əlavə, bütün əsas ştatlarda Tramp immiqrasiya siyasəti və iqtisadiyyat məsələlərində rəqibini, Harris isə demokratiya, abort və reproduktiv hüquqlar məsələlərində rəqibini qabaqlayır.
Sentyabrın 10-da baş tutacaq Tramp-Harris debatının yekun qaydaları artıq təsdiqlənib. Debat iki reklam fasiləsi ilə 90 dəqiqə davam edəcək və mikrofon yalnız danışmağa çağırılan siyasətçi üçün açılacaq. Cavab vermək vaxtı - 2 dəqiqə, dəqiqləşdirmə və ya aydınlaşdırma üçün əlavə 1 dəqiqə veriləcək.