Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu, isveçli atlet Armand Düplantis Tokio Olimpiadasında 400 metr məsafəyə maneələrlə qaçış növündə çempion olan norveçli Karsten Vorholmla yoldaşlıq yarışını qazanıb. 100 m məsafəni daha tez Düplantis qət edib. İsveçli atlet nəticəsi 10.37, Vorholmun isə 10.47 təşkil edib.
“Özümü əla hiss edirəm. İndi hamı bilir ki, mənimlə oynamaq olmaz (gülür)”, – deyə Düplantis yarışdan sonra qeyd edib.
“Armandı təbrik edirəm. O məni üstələdi, çox sürətli idi”, – deyə Vorholm əlavə edib.
Xatırladaq ki, Düplantis və Vorholm 2023-cü ildə keçirilən mətbuat konfransında bir-birlərinə qarşı yarışmaq barədə razılığa gəlmişdilər. Məğlubiyyətin “cəza”sı olaraq, Vorholm “Brilyant liqa”nın mərhələ yarışında İsveç milli komandasının rənglərində çıxış edəcək.