AZ

İrəvan baş verənlərdən düzgün nəticə çıxarmalıdır: Ermənistan silahlanma yolunu tutsa…

“Ermənistanı silahlandıran bəzi Qərb ölkələri bölgəyə sülhün gəlməsini istəmir”.

Bunu Bakıvaxtı.az-a Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.

Alimin sözlərinə görə, Qərb dövlətləri Ermənistana dəstək verməklə regionda öz maraqlarını güdürlər. Q,Caxmaqlı qeyd edib ki, Ermənistan isə bu elementar qayəni anlamır:

“Onlar düşünürlər ki, bu yolla öz təhlükəsizliklərinə Qərbin qarantiyasını ala, balans yarada biləcəklər. Bu, absurddur. Bölgə ölkələrinin taleyi bölgədə həll olunur”.

Müsahibimiz vurğulayıb ki, Türkiyə indiyədək Ermənistanla diplomatik münasibətləri, heç bir maneə olmasa da ona görə qurmur ki, Azərbaycanla sülh prosesi sona çatdırılmayıb:

“Sərhədlərin açılması da bu məsələyə bağlıdır. Deməli, Türkiyə və Azərbaycanla hesablaşmasalar onların rahat nəfəs alması mümkün deyil”.

Q.Caxmaqlı bildirib ki, silahlanma gərginlik yaratmaq deməkdir və belə durumda həm Azərbaycan, həm də Türkiyə haqlı olaraq narahatlıq hisslərini ifadə edirlər:

“Azərbaycan və Türkiyə rəsmiləri də mütəmadi İrəvana mesajlarını verirlər. Türkiyə ilə Azərbaycanın bundan sonra da bölgədə birgə hərəkət edəcəklərinə heç kəsin şübhəsi olmasın. Koordinasiyalı şəkildə fəaliyyətin nəticəsini 44 günlük müharibədə Ermənistan öz üzərində görüb".

Qafar Çaxmaqlı: Türkiyə ilə Azərbaycanın bölgədə birgə hərəkət edəcəklərinə heç kəsin şübhəsi olmasın

Həmsöhbətimiz deyib ki, Ermənistan baş verənlərdən düzgün nəticə çıxarmalıdır:

"Tələblərimiz Ermənistanda hər gün müzakirə edilir. Konstitusiyada dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Ermənistan da müraciətini etməlidir. Yox əgər bu yolu deyil, silahlanma və gərginlik yaratma yolunu tutacaqsa, o zaman sülh olmayacaq. Sülh isə daha çox Ermənistana lazımdır".

Qeyd edək ki, son günlər Ermənistan intensiv şəkildə silahlanır. Ölkəyə Hindistandan və Fransadan ən yeni hərbi texnikalar daxil olmaqdadır. Fransanın 155 mm-lik “SEZAR” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər təkcə son 3-4 həftə ərzində Ermənistana gətirilib. Hazırda Ermənistan ordusunda SEZAR özüyeriyən silahlarının bir diviziyası yerləşdirilib. Fransız silahları Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Oradan İranın Merage aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Bununla da, guya izi gizlətməyə çalışırlar. Həmçinin, Fransa Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 “hava-hava” tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, həmçinin “Panzerfaust” verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri verilib.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
bakivaxti.az

1Mənbələr