Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bunun bir neçə səbəbinin olduğunu deyib:
“Birincisi, yalnız kredit faizləri deyil, ümimiyyətlə bizdə faizlər yüksəkdir. Əmanət faizləri də bizdə yüksəkdir, 10-12 faizlə banklar əmanət alır. Həmin pulun üzərinə faiz əlavə edib digər vətəndaşlara kredit verir. Misal üçün, Avropa ölkələrində əmanətlər üzrə faizlər 1-2 faizdir, buna görə kreditlərin də faizi aşağıdır. Bizdə əhali də banka pul qoymaq istəmir, əgər faiz dərəcəsi aşağı olursa.
İkinci səbəb odur ki, ümumiyyətlə kredit riski yüksəkdir. Kreditin qaytarılmama ehtimalının yüksək olması bankları vadar edir ki, özlərini sığortalasın, itkilərini ödəsin. Bu amillər ölkədə risklərin yüksək olduğunu göstərir. Bundan başqa qanunçuluq aşağı səviyyədədir, məhkəmə sistemi şəffaf deyil. Bank qaytarılmayan kredit borcu üçün məhkəməyə müraciət etməlidir. Həm proses uzun çəkir, həm də bank əmin deyil ki, məhkəmə onun şikayətini təmin edəcək. Bu səbəblərdən dolayı ölkədə faizlərin yüksək olması gözləniləndir”.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
banco.azBanklar 18 aylıq manat əmanəti faizlərini artırıblar – Siyahı ( 12733525)
-
banco.azManat əmanəti hansı banklarda daha sərfəlidir? – Noyabr 2024 ( 12728263)
-
banco.azBankların 18 aylıq manat əmanətləri – Oktyabr 2024 ( 11766709)
-
banco.azManat əmanəti hansı banklarda daha sərfəlidir? – Oktyabr 2024 ( 11756518)
-
modern.azƏhali ən çox hansı banklara etibar edir? ( 11680702)
-
modern.azHansı banklara əmanət qoymaq az gəlir gətirir? ( 11337358)
-
modern.azHansı banklara əmanət qoymaq əz gəlir gətirir? ( 11337133)
-
7news.azYelo Bank ilə əmanətindən daha çox gəlir qazan! ( 11001574)
-
anews.azYelo Bank ilə əmanətindən daha çox gəlir qazan! ( 10994749)
-
azxeber.comYelo Bank ilə əmanətindən daha çox gəlir qazan! ( 10994224)