AZ

Meymunçiçəyi səbəbindən bahalaşan və ucuzlaşan ŞİRKƏTLƏR - ADLAR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Mpox” virusu (Meymunçiçəyi) ilə bağlı xəbərdarlığından sonra əczaçılıq, tibbi ləvazimatlar və biofarmasevtik şirkətlərin dəyəri artır, hava yolu şirkətlərinin dəyəri isə aşağı düşür.

 

Sfera.az xəbər verir ki, virus səbəbiylə Afrikanın 13 ölkəsində 22 mindən çox insan həyatını itirib, xəstəlik Filippin, Tayvan, Tayland, İsveç, Avstraliya və Pakistanda da aşkarlanıb.

 

Analitiklərin virusun COVID-19 kimi qlobal miqyasda yayıla biləcəyinə dair proqnozlar verməsi dərman istehsalı şirkətlərinin gəlirini artırdığı kimi, səyahət, turizm və nəqliyyat sahələrində fəaliyyət göstərən şirkətlərə mənfi təsir göstərməyə başlayıb.

 

Ötən ay Yaponiyanın tibbi avadanlıq şirkəti “Japan Precision System Science”ın səhmləri 67,1 faiz, Danimarkanın “Bavarian Nordic “şirkətinin səhmləri 43,4 faiz dəyər qazanıb. Bunlardan başqa Britaniyanın dərman şirkəti “GlaxoSmithKline” 9,6 faiz, İsveçrədə fəaliyyət göstərən dərman istehsalçısı “Novartis” 8,4 faiz, Fransada fəaliyyət göstərən “Sanofi” əczaçılıq şirkəti 7,3 faiz, ABŞ-nin əczaçılıq və tibbi texnologiya şirkəti “Johnson & Johnson” 5,1 faiz bahalaşıb.

 

Bahalaşma Çinin dərman və tibbi vasitələr istehsal edən şirkətlərində də müşahidə olunur. Çinin “Shanghai ZJ Bio-Tech Co”nun səhmləri 4,5 faiz, “Sinopharm Group” şirkətinin dəyəri 1 faiz bahalaşıb. Bu sektor üzrə fəaliyyət göstərən şirkətlər üçün əlverişli vəziyyət yaransa da xidmət sektorunda vəziyyət ürəkaçan deyil. Xüsusən də aviasiya şirkətlərinin səhmlərində ciddi ucuzlaşma görünür.

 

Çinin “China Southern Airlines” şirkəti 3,7 faiz, Kanadanın “Air Canada” şirkəti 3 faiz, ABŞ-nin “United Airlines” 3 faiz, Cənubi Koreyanın “Jeju Air” şirkəti 1,2 faiz, ABŞ-nin “Delta Airlines” 1,2 faiz, Yaponiyanın “Japan Airlines” 0,3 faiz ucuzlaşıb.

 

Ekspertlər hesab edir ki, virus Avropa, ABŞ və digər bu kimi inkişaf etmiş ölkə və regionlarda yayılarsa, səhmlərin dəyərində daha böyük dəyişikliklər baş verəcək.

 

Vasif

 

Seçilən
68
1
sfera.az

2Mənbələr