AZ

Ermənistan baş verənlərdən nəticə çıxartmır- Hərbi arsenalını artırmaqda davam edir: Yeni toqquşma gözlənilirmi?

“Ermənistan uğradığı ağır hərbi məğlubiyyətlərdən görünür, hələ də nəticə çıxartmayıb. İrəvan onu dəstəkləyən dövlətlərin vədləri və etdikləri hərbi yardım nəticəsində yenidən revanş duyğularla yaşamaqdadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu və bu istiqamətdə müəyyən fikirlər söyləsə də işin əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan Hindistan, Fransa, Amerikadan silahlar almaqla öz hərbi arsenalını artırmaqdadır:

“Ermənistan hesab edir ki,nhəm Fransanın, həm də digər qərb dövlətlərinin Azərbaycana təzyiqini təşkil etməklə vaxt uzatmaq, hərbi balansı yaradaraq müəyyən revanş addımlar atmaqla vəziyyəti öz xeyrinə dəyişə bilər. Məhz Zəngəzur, Qafanda da hərbi hissənin yaradılması, orda xüsusilə də zirehli texnikanın cəmləşdirilməsi, təbii ki Ermənistanın sərhədlərdə müəyyən təxribat törətməsinə işarədir. Nəzərə alsaq ki, bu ilin fevralında sərhəddə baş verən ciddi insidentlərdən biri məhz Qafan istiqamətində baş verib, bu addımlar Ermənistanın sülhə hazır olmadığını, prosesləri gərginləşdirmək və təxribatları davam etdirmək niyyətlərindən xəbər verir. Heç təsadüfi deyil ki, son günlərdə yenə sərhədlərdə erməni ordusu tərəfindən müxtəlif təxribatlar həyata keçirilməkdədir. Ancaq bir məsələ ermənilərin diqqətində olmalıdır ki, bütün bu cəhdlərə baxmayaraq Azərbaycan prosesləri diqqətlə və yaxından izləyir. Rəsmi Bakı vaxtı çatanda nəzərdə tutduğu bütün tədbirləri həyata keçirdəcək”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
editor.az

1Mənbələr