AZ

Növbəti 30 ailə Şuşaya yola salınıb

Sentyabrın 5-də Şuşaya 30 ailə olmaqla 102 nəfər köçürülüb.  Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib. 
 
Bununlada Şuşaya göndərilənlərin sayı 672 nəfərə çatıb.
 
Şuşaya ilk köç mayın 11-i baş tutub. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 

Prezidentin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib. 

Gülnar 

www.anews.az
Seçilən
58
anews.az

1Mənbələr