Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.Metbuat.az xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.Qeyd edək ki, bu gün Şuşadan olan, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə (102 nəfər) keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.