AZ

Nadir Qafarzadə efirlərə niyə çıxmır?

Əməkdar artist Nadir Qafarzada son günlər hit mahnıları və klipləri ilə yenidən gündəmdədir.

Bildirək ki, Nadir daha çox tanınmış müğənni Ayan Babakişiyeva ilə duet oxuyur. Belə ki, onun Ayan ilə birgə oxuduğu duet sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanır.

Maraqlıdır, Əməkdar artist Ayanla növbəti dəfə duet oxumağı düşünür?

Məsələ ilə bağlı Əməkdar artist Nadir Qafarzadə “Cebheinfo.az”-a açıqlamasında deyib ki, növbəti dəfə Ayanla duet oxumaq istəyir:

“Lakin duet oxumaq üçün yaxşı bəstəkar və ssenaristlər olmadığından mahnı oxumaqda xeyli çətinlik çəkirik. Bu səbəbdən yeni mahnıları yazdırıb oxumaq xeyli zaman alır. Mövcud problemlərə baxmayaraq yeni klip çəkməyi və mahnı oxumaq barədə düşünürəm”.

Əməkdar artist bildirib ki, onu efirlərə tez-tez dəvət edirlər:

“Mən adətən klip çəklişləri və ya sosial şəbəkələrdə maraqlı bir paylaşım edəndə məni efirlərə tez-tez dəvət edirlər. Lakin mən özüm çağılan hər efirə getmirəm. Çünki mənim səviyyəmdə olan sənətçilər çox azdır. Mən özüm bu sənətə illərimi qurban vermişəm, ona görə mən efirə dəvət alanda öz şərtlərimi irəli sürürəm. Əgər şərtlərimi qəbul edərlərsə, o zaman gədirəm”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
cebheinfo.az

1Mənbələr