AZ

Fidan: "Beynəlxalq ictimaiyyət Qəzzada baş verən soyqırıma tamaşaçı olaraq qalır"

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyalı həmkarı Timço Mucunski ilə birgə mətbuat konfransı keçirib. Fidan görüşdə beynəlxalq ictimaiyyətin Qəzzada törədilən soyqırıma səssiz qaldığını bildirib və "Soyqırımın əsas məsulu Netanyahunun özüdür" deyib.

Turkustan.az xəbər verir ki, nazir Fidan açıqlamasında bu ifadələrə yer verib:

"Beynəlxalq ictimaiyyət Qəzzada baş verən soyqırımı izləyir. Soyqırımın əsas məsuliyyəti Netanyahunun özüdür.

Balkanlardakı siyasi problemləri həll etmək üçün bizim yalnız bir yolumuz var: bu problemləri sülh və dialoq yolu ilə həll etmək üçün əlimizdən gələni etmək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
84
turkustan.az

1Mənbələr