AZ

Əli Mustafa: “İtaliya hər zaman yaxın strateji tərəfdaş kimi Azərbaycanı dəstəkləyir”- ÖZƏL

"İtaliya və Azərbaycan strateji tərəfdaşdırlar. İtaliya bizim Avropada strateji tərəfdaşımızdır. Avropa dünyanın böyük iqtisasi-siyasi güc mərkəzlərindən biridir. İtaliya Avropada 4-cü böyük güc hesab olunur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:

"Azərbaycanla da yaxın iqtisadi, siyasi əməkdaşlığı var. Ümumiyyətlə Azərbaycanın Avropadakı ən böyük ticarət ortağıdır. Hardasa 2022-ci ilin ticarət dövriyyəsi 11 milyard dollar məbləğindədir. Bu, kifayət qədər böyük rəqəmdir. Ümumiyyətlə İtaliyanın Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 90%-i Azərbaycanın üzərinə düşür. İtaliya ilə yaxın əməkdaşlıq, iqtisadi, siyasi əlaqələrin belə sıx olması Azərbaycanın bir çox beynəlxalq platformalarda da mövqeyini gücləndirir. İtaliya hər zaman yaxın strateji tərəfdaş kimi Azərbaycanı dəstəkləyir. Eyni zamanda Azərbaycanın da Avropanın enerji təhlükəsizliyindəki rolu İtaliya üzərindən gerçəkləşir. Azərbaycan özünün neft və qaz xətlərini daha çox İtaliyaya yönləndirir. Ondan sonra digər ölkələrə də verilir. Azərbaycanın və İtaliyanın siyasi və iqtisadi sahədə əməkdaşlığı hər iki tərəfin maraqlarına uyğundur. Bir çox məsələlərdə, platformalarda Azərbaycan İtaliyanı, İtaliya da Azərbaycanı dəstəkləyir. İkinci Qarabağ savaşı və ondan sonrakı dönəmdə də İtaliya Azərbaycanı ən çox dəstəkləyən və müdafiə edən dövlətlərdən biri olub. Qarabağın bərpa olunmasında iştirak edən şirkətlər arasında İtaliya şirkətləri Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Qarabağın bərpa olunmasına da İtaliya böyük önəm verir. İtaliya Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti İtaliyada işgüzar səfərdədir. Bütün hallarda bizim Qərb ölkələri ilə yaxın əməkdaşlığımız olduqca əhəmiyyətlidir. Bu əməkdaşlıqların inkişafında da İtaliyanın önəmli rolu var".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
olaylar.az

10Mənbələr