"Ukrayna tərəfi Rusiya ilə hərbi əsirləri yalnız “hamı üçün hamı” formatında dəyişməyə hazırdır".
Qaziler.az xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski NBC telekanalına müsahibəsində səsləndirib. Siyasətçi vurğulayıb ki, Kiyevə Rusiya vətəndaşları lazım deyil.
"Biz hərbi əsirləri ancaq öz vətəndaşlarımızla dəyişmək üçün alırıq. Mən həmişə demişəm ki, mübadilə sistemi “hamı üçün hamı” prinsipi üzrədir, biz hər zaman hazırıq. Əsgərlərimizi geri almağa icazə verin, siz də özünüzünküləri götürün. Onlar bizə lazım deyil”, - deyə Zelenski bildirib.
QAZİLER.AZ