Bakı. Trend:
İran uzun müddətdir ki, Rusiyadan qaz tədarükü istəyir, bu isətamamilə həyata həyata keçirilə bilən layihədir.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyaprezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasındaçıxış edərkən bildirib.
"İran uzun müddətdir bizdən qaz tədarükü istəyir. Bu, bizim üçünçox əlverişlidir, çünki yataqlar yaxınlıqda yerləşir. Bazarlarınböyüklüyü bu layihənin reallaşdırılmasını mümkün edir. İranlasərhəd ölkələrdə isə, həqiqətən, böyük tələbat var", - Putin qeydedib.
Onun sözlərinə görə, "Gazprom" həm yeni bazarlar, həm də Rusiyaiqtisadiyyatının artması səbəbindən daxili bazar hesabına qazixracının həcmini bərpa edəcək.
"Burada müxtəlif imkanlar mövcuddur. Müxtəlif bazarlarıaraşdıracağıq, “swap” əməliyyatlarını həyata keçirəcəyik,mayeləşdirmə ilə məşğul olacağıq və s. Tədricən satış həcmini bərpaedəcəyik, burada heç bir şübhə yoxdur. Eyni zamanda, öziqtisadiyyatımızı inkişaf etdirəcəyik. Uzaq Şərqdə bir çoxbölgələrdə qaz istehsalı çatışmazlığı var.
Bizim "Gazprom"un Avropa hissəsi ilə Uzaq Şərq qaz nəqliyyatsistemini birləşdirmək, müvafiq şəkildə axınları təmin etmək kimiplanlarımız var. Bütün bunlar planlarımızdadır, hamısı həyatakeçiriləcək", - Putin əlavə edib.