AZ

Digər aktorlarla narahat məsələlərin həlli üçün açar - ÖZƏL

"Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında son illər ölkəmiz düşünülmüş, qarşılıqlı faydalı və praktiki xarici siyasətin aparılması, xarici dövlətlərlə dostluq və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi sahəsində mühüm nəticələr əldə etmişdir. Bu siyasət rəsmi və işgüzar, fəxri qonaq statusunda realizə edilən səfərlər kontekstində inkişaf məsələləri ilə bağlı fikir mübadiləsini təşviq etmək üçün daha da genişləndirilmişdir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"İnkişaf edən, inkişaf etməkdə olan ölkələrlə, beynəlxalq təşkilatlarla olan münasibətlər, regional və qlobal inteqrasiya zəminində müvafiq ölkələrlə əməkdaşlığa tarazlıq gətirməklə yanaşı, bu amillərin oynaya biləcəyi potensial faydalar yaradır. Bəzi ölkələrlə cilalanmış münasibətlər, digər aktorlarla narahat məsələlərin həlli üçün açar rolunu oynayır. İtaliya onların başında gəlir. İtaliya-Azərbaycan münasibətlərində əldə edilən tapıntılar, şərhlər və nəticələr tamamilə yeni, müsbət məqamlara xidmət edir, yeni cığırlar açır. Aktorlarla həllə nail olmaqda əsas problem, güman ki, etibarın olmamasıdır. Azərbaycan və İtaliya bu etibar divarını aşmış aktorlardır. 
    Azərbaycan həm də sağlam və dayanıqlı regional inteqrasiya qurmaq istəyir. Həm də onun fərqindədir ki, qonşu ölkələr keçmiş problemlərə görə bir-birinə güvənməsələr, hər biri regional ictimai rifahdan maksimum qazanc əldə etməyə aparan əməkdaşlıq yolu ilə həllə nail ola bilməyəcəklər. Görünür, regional inteqrasiyaya gedən yol bəzən bilavasitə nəticəsvermədikdə xarici siyasət vasitəli instrumentlərə müraciət etməli olur. Bu, şühbhəsiz ki, həllə nail olmaqda digər məhdudiyyətlər də gətirir ki, bu da onun mürəkkəbliyi və maliyyə tələbləridir. Xarici və daxili tənqidlərə, təzyiqlərə baxmayaraq Azərbaycan faydalılıq əmsalını hesablayaraq yola çıxıb. Praqmatizm, balanslaşdırma, nəticəyönümlülük budur ki, bunu da mahir diplomat cənab İlham Əliyev zərgər dəqiqliyi ilə bacarır.
    Avropa Komissiyası Avropa İttifaqının Rusiya qazının istehlakını kütləvi və dərhal azaltmağı hədəfləyir və neft, qaz da daxil olmaqla, Rusiyadan idxal edilən qalıq yanacaqlardan asılılığın mərhələli şəkildə aradan qaldırılmasının real imkanını iddia edir. Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsi, Avropanın müştəri şirkətləri tərəfindən alınan qazın böyük həcmi olan TAP boru kəmərində rezervasiya edilmiş gücündən asılı olaraq qaz təchizatı müqavilələrinin aktiv saxlanılması daim diqqət mərkəzindədir. Avropa ölkə bazarları Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan, Sloveniya, Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Xorvatiya olmaqla bu ölkələr artıq Azərbaycandan qaz almağa, həcmi artırmağa böyük maraq göstəriblər. Buna görə də bu, qaz tədarükçülərinin perspektivlərinə və Azərbaycanın maraqlarına uyğundur.
    Bütövlükdə isə Avropanın Qafqaz regionuna diqqəti xeyli artıb və bu diqqət Xəzər regionunda müxtəlif enerji resurslarına təhlükəsiz çıxış ehtiyacını əks etdirir. Bu mənada Azərbaycan həm coğrafi mövqeyinə, həm Şərqlə Qərb arasında ticarət üçün imtiyazlı körpü olmasına, həm də tarixi və mədəni səbəblərə görə Rusiya, İran və Türkiyə arasında yerləşməsi baxımından əsas siyasi rol oynayır. Azərbaycan və İtaliyanın dərinləşən münasibətləri həm də qlobal tendensiya ilə əlaqəlidir. Nəhayət, Azərbaycan və İtaliya arasında əlaqələrdən bəhs edərkən əhatə olunan istiqamətlər təkcə iqtisadi, siyasi səbəblərə görə deyil, həm də mədəni, humanitar, sosial, musiqi, incəsənət olmaqla iki ölkə münasibətlərinin yaxınlaşmasının real zəminini təqdim edir.   Cənab Prezident İlham Əliyevin İtaliyaya bu dəfəki səfəri daha geniş institusional və hərtərəfli çərçivədə əməkdaşlığı artıracaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
91
olaylar.az

1Mənbələr