AZ

"Ermənilər Qarabağa o şərtlə qayıda bilər ki, azərbaycanlılar da Zəngəzura qayıtsın" - Politoloq

Son günlər Ermənistan rəhbərliyi sülh prosesinə zərbə sayıla biləcək addımlar atmaqdadır. Hətta Qarabağ klanının cinayətkar liderləri və ermənipərəst diplomatlar da bu istiqamətdə hərəkətə keçiblər. Onların 2 sentyabrda uydurma “artsax günü”nü qeyd etmələri və çıxışları zamanı Azərbaycana ərazi iddialarını səsləndirmələri aparılan sülh danışıqlarına öz mənfi təsirini göstərməkdədir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə ermənilərin bu iddialarının əsassız olduğunu və Azərbaycanın Qarabağı işğaldan azad etdiyini bildirdi.

O dedi ki, ermənilərin ah-naləsinə əsla fikir vermək lazım deyil.

“Şərt bizdədir. Ermənilər Qarabağa o şərtlə qayıda bilər ki, azərbaycanlılar da Zəngəzura qayıtsın. İstəmirlərsə, özləri bilərlər, seçim onlarındır. Ermənilərin işi ondan ibarətdir ki, bizdən dünyaya şikayət etsinlər, öz xalqlarını aldatsınlar. Biz ermənilərin insan haqlarını tanıyırıq, amma onlar yox. Biz torpaqlarımızı işğaldan azad etmişik, indi orada bərpa-quruculuq işləri gedir. Dövlət başçısı görülən işlərlə tanış olmaq üçün tez-tez Qarabağa səfər edir. Bir sözlə, biz işimizlə məşğuluq”, - deyə Zərdüşt Əlizadə vurğuladı.

Vasif ƏLİHÜSEYN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
redaktor.az

1Mənbələr