AZ

9 ay əvvəl ölən şəxsin evində sümükləri tapıldı

Ağır ziyan dəymiş binada yalnız sümükləri qalan kişi cəsədi tapılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Malatya bölgəsində baş verib.
 
İddiaya görə, ağır ziyan dəymiş binanın sahibi L.S.-yə söküntü bildirişi göndərildikdən sonra həmin şəxs təxminən bir ildir binada qalan Haşim Baburu (39 yaş) xəbərdar etmək üçün əraziyə gedib.

Binada kəskin qoxu ilə qarşılaşan L.S vəziyyəti polisə və təcili yardıma xəbər verib.
 
Xəbərdarlıq üzərinə əraziyə gələn qruplar ikinci mərtəbədə təxminən 9 ay əvvəl öldüyü güman edilən kişi cəsədini tapıblar. Yalnız sümükləri qalan cəsədin qohumları şəhərdən kənarda yaşayan Haşim Babura aid olduğu müəyyən edilib.
 
Haşim Baburun meyiti hadisə yerində aparılan müayinələrdən sonra ekspertizaya aparılıb.
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
azxeber.com

2Mənbələr