AZ

“Ağ Yol”un deputatı qadına sataşdı - Mandatdan məhrum edildi

Qazaxıstan parlamentinin “Ağ Yol” fraksiyasından olan deputatı Əsgər Sadıkov qısnamaya görə mandatından məhrum edilib.

Bakupost.az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə "Ağ Yol" partiyasının sədri və fraksiya lideri Azad Peruaşev bildirib.

Onun sözlərinə görə, parlamentin qadın əməkdaşı “Sadıqov tərəfindən dəfələrlə qısnamaya məruz qalması” ilə bağlı şikayət edib. Peruaşev deyib ki, deputatdan 2024-cü il aprelin 17-də “təhqiredici təkliflər” daxil olub, mayın 15-də isə o, “analoji hərəkətləri təkrarlayıb”.

“İfadədən belə qənaətə gəlmək olar ki, bu cür təqiblər A.Sadıqov tərəfindən mütəmadi olaraq edilib”, - fraksiya lideri bildirib.

Qadın deputat toxunulmazlığına görə hüquqi müdafiə üçün müraciət edə bilməyib.

“Plenumda aşkar edilmiş qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı iradlarıma cavab olaraq Sadıqov bildirdi ki, o, deputatdır, “kimi istədiyini, nə istədiyini söyləmək hüququna malikdir". Ona görə də biz onun deputat statusundan məhrum edilməsi barədə qərar qəbul etdik. Bu, zərərçəkmişə öz şərəf və ləyaqətini qorumağa imkan yaradacaq”, – Peruaşev qeyd edib.

O, əlavə edib ki, sabiq deputatın “hüquq-mühafizə orqanlarının diqqətini cəlb edə biləcək” başqa “nalayiq davranış” nümunələri də var. Peruaşevin sözlərinə görə, partiya istintaq orqanlarına “lazımi yardım göstərməyə” hazır olacaq.

55 yaşlı Əsgər Sadıkov parlamentin qanunvericilik və məhkəmə-hüquq islahatları komitəsinin üzvü olub. O, partiya liderinin açıqlamasını “Azadlıq” radiosunun qazax xidmətinə şərh etməkdən imtina edib.

"Şərhsiz. Peruaşev nə istəyir, onu da uydurur” deyə cavab verib və onunla əlaqə kəsilib.

Sadıkovun deputat statusundan məhrum edilməsi ilə bağlı qərarı Qazaxıstan Mərkəzi Seçki Komissiyası avqustun 29-da “Ağ Yol” partiyasının qərarı əsasında qəbul edib. Partiyanın sədri isə detalları yalnız sentyabrın 4-də açıqlayıb.

Peruaşev deputatın yazışmaların skrinşotlarını və parlament əməkdaşının bəyanatını da yerləşdirib. Daha sonra isə onları silib və qeyd edib ki, bunu ərizəçinin xahişi ilə edib.

Zaur
BakuPost
Seçilən
97
bakupost.az

1Mənbələr