“Rusiya prezidenti Vladimir Putin İstanbul razılaşmalarının əhəmiyyətindən danışaraq, Ukrayna ilə bağlı danışıqlara hazır olması barədə Qərbə açıq siqnal göndərib”.
Missiya.Az ”RİA Novosti”yə istinadən xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer deyib.
“Əslində, Putin danışıqların bərpasına icazə verdi. Hesab edirəm ki, indiki vəziyyətdə Kiyev bunun əleyhinə olmayacaq. Bu, Qərbə bir mesaj idi”, - deyə siyasətçi vurğulayıb.
Özer qeyd edib ki, Türkiyənin BRİCS- qoşulma ideyası Ankara ilə Moskva arasında münasibətlərə yeni təkan gətirir və onları daha müsbət edir.
Daşqın HəsənovMissiya.Az