AZ

İbtidai sinif müəllimliyi ixtisasına niyə yalnız qızlar qəbul olunur? – “Fəsadları olacaq”

“Bu il ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil ixtisaslarına kişi cinsindən olan bir nəfər belə qəbul olmayıb”

Bunu təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi KONKRET.az-a açıqlmasında deyib.

O bildirib ki, 15-20 il əvvəl ibtidai təhsil pilləsində dərs deyən müəllimlərin böyük əksəriyyəti kişilər idi:

“Sonradan sanki bilərəkdən xanım namizədlərə üstünlük verilməyə başlandı. Hazırda isə ibtidai sinif pilləsində dərs deyən kişi müəllimlərin sayı barmaqla sayılacaq qədər azdır. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ictimai qınaq və bullinqə məruz qalırlar. Bu isə onları həmin ixtisaslardan uzaqlaşdırır”.

Mütəxəssisin sözlərinə görə, ibtidai sinif təhsili pilləsində kişi müəllimlərin üstünlük təşkil etməsinə çalışmaq lazımdır:

“Təhsilalanların formalaşmasına kişi müəllimlərin müsbət təsiri ola bilər. Bütün dərslərin xanım müəllimlər tərəfindən tədris edilməsinin müxtəlif fəsadlarını görəcəyik. Odur ki, dövlət bu istiqamətdə tədbirlər görməli, bu ixtisaslara qəbul olmaq istəyən oğlanlar üçün həvəsləndirici tədbirlər nəzərdə tutulmalıdır”.

Aygün Mirakif,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
konkret.az

1Mənbələr