AZ

Dovbik Ukrayna millisinin sentyabrdakı oyunlarını buracaxaq

"Roma"nın hücumçusu Artyom Dovbik Ukrayna yığmasının bu ay Millətlər Liqasında keçirəcəyi oyunları buraxacaq.

Fanat.Az xəbər verir ki, məlumatı Ukrayna Futbol Assosiasiyası yayıb.

Xəbərə görə, bu yay "Jirona"nın İtaliya təmsilçisinə dəyişən forvard zədə səbəbindən millinin sentyabrda oynayacağı qarşılaşmaları kənardan izləyəcək.

Qeyd edək ki, Ukrayna sözügedən turnirdə A liqasının 1-ci qrupunda yer alıb. Dovbikin komandası Gürcüstan, Çexiya və Albaniya ilə mübarizə aparacaq. 

Nihat

Seçilən
163
fanat.az

1Mənbələr